Skip links

Süni intellektin UX/UI dizayna tətbiqi

Yəqinki, son vaxtların ən məhşur mövzuzu olan Süni İntelekt alətlərinin müxtəlif İT sahələrində tətbiqi barədə xəbərlər oxumusunuz. Bütün bu yeniliklər texnoloji bir inqilabın xəbərçisidir. Bu məqaləmizdə də bu faydalı alətin İstifadəçi Təcrübəsi (UX) dizaynında nə qədər efektiv bir köməkçi ola biləcəyi və onun istifadə edilə biləcəyi araşdırma mərhələləri barəsində danışacağıq.

İstifadəçi davranışlarını anlamaq

UX dizayn sahəsində istifadəçi davranışını anlamaq çox vacibdir. Külli miqdarda məlumatı anlıq olaraq təhlil etmək və mühüm fikirlər əldə etmək bacarığı ilə biz insanlardan çox daha sürətli olan Süni İntellekt məhz bu məsələdə bizim üçün ən böyük silahlardan biridir. Şübhəsiz ki, bizlərə ümumi istifadəçi davranışları və bunun İstifadəçi İnterfeysi Dizaynına tətbiqində vacib olan məlumatları təhlil etməkdə kömək edən Süni İntelekt, həmin məlumatlardan 
1) İstifadəçi Davranışları (User Behaviour) ilə əlaqədar ümumi statistikalar çıxartmaqda,
2) Araşdırma nəticəsində alınmış qərarların nə dərəcədə optimal olmasının anlaşılmasında,
3) Bazarda olan rəqib məhsulların istifadəçi təcrübələrinə əsasən ümumi yanaşmaların hazırladığımız məhsula tətbiqində,
4) Funksionallığın rahat istifadəçi interfeysi (User Interface) ilə birləşdirilməsi kimi məsələlərdə tətbiq edilə bilər.
İstifadəçilərin məhsulla qarşılıqlı əlaqələrini analiz etməkdən tutmuş müxtəlif dizayn qərarlırının alınmasına qədər, Süni İntelekt dizaynerlərə çoxlu məlumat toplusunu anlıq olaraq analiz etmək imkanı verir. Bu isə biz dizaynerlər üçün vaxta əhəmiyyətli dərəcədə qənaət etmək deməkdir. 
Əlbəttə, burada İstifadəçi Davranışlarının araşdırılmasında bəzi ənənəvi üsulların hələ də olduqca aktual olduğunu və Süni İntelektin bu cür araşdırmaları bizim əvəzimizə etməsini gözləmək düzgün yanaşma deyil. Xüsusilə innovativ dizayn həllərinin tətbiqi zamanı, düzgün İstifadəçi Araşdırmasının aparılması kimi, Süni İntelektin məlumat bazasında olmayan spesifik mövzularda hələ də insan əməyinə olan ehtiyac danılmazdır. Amma Süni İntelektin hesabına bəzi araşdırmaların aparılması zamanı qazanılan vaxt miqdarı onun əhəmiyyətini çox artırır.

Fərdi ehtiyaclara uyğun təcrübələrin formalaşdırılması

Hər birimiz bir fərd olaraq müxtəlif məhsulları istifadə edən zaman istifadə tərzimiz ilə bir-birimizdən fərqlənirik. Əlbəttə ki, məhsullardan bu cür istifadə fərqlərinin yaranması olduqca normal haldır. Çünki hər bir fərd, dijital resurslardan eyni dərəcədə istifadə təcrübəsinə malik olmur. Ona görə də biz dizaynerlər, rahat İstifadəçi Təcrübəsi yaratmaq və İT biliyi az olan istifadəçinin belə məhsuldan rahat istifadə edə bilməsini maksimum təmin etməyə çalışırıq.
Fərdi İstifadəçi Təcrübələrinin yaradılması da İstifadəçi Təcrübəsini artıran mühüm faktorlardan biridir. 
Süni İntellektin tətbiqilə, fərdiləşdirmə Amazon kimi böyük məhsullar üçün əsas mərhələlərdən biridir və dizaynerlərə təcrübələri fərdi qabiliyyətlərə və davranışlara uyğunlaşdırmağa imkan verir. Amazon şirkəti yeni istifadəçilər və daha əvvəldən platformadan istifadə etmiş olan istifadəçilər üçün fərqli İstifadəçi İnterfeysləri təqdim edir. Bu da mühüm araşdırma tələb edən bir proses olduğundan, dataların analizi prosesində Süni İntelektin tətbiqi istifadəçi davranışlarını anlamaq üçün çox faydalıdır.

Digər məqalələr

Son texnologiya trendlərini izləyərək sizin üçün məqalələr yazmağı da unutmuruq

This website uses cookies to improve your web experience.
Explore
Drag